Çərşənbə axşamı , Sentyabr 1 2026
azfa

ABŞ Konqresində İrana neft sanksiyalarını gücləndirmək üçün ikitərəfli yeni plan hazırlanıb

GADTB: ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı və Demokrat təmsilçiləri Mayk Lovler və Şeyla Çerfilos-MakKormik İrana qarşı neft sanksiyalarını gücləndirmək və İran hökumətinə basqıları artırmaq məqsədi daşıyan yeni qanun layihəsi hazırlayıblar.

Məlumata görə, bu həftə təqdim edilən plan İranın neft-kimya ticarəti ilə məşğul olan tərəflərə qarşı sanksiyalar tətbiq edir.

Qeyd olunub ki, “Genişləndirilmiş İran Sanksiyaları Aktı” adlanan qanun layihəsi, Lovlerin əvvəlki Konqresdə rəhbərlik etdiyi və keçən il qəbul etdiyi Tehran neft sanksiyalarına dair əvvəlki iki qanun layihəsinin davamıdır. /Azad İran

Həmçinin yoxlayın

İsrail rəsmiləri Tehranla Vaşinqton arasında genişmiqyaslı qarşıdurmanı yaxın hesab etmirlər

GADTB: İsrailin “Ynet” xəbər saytı yazıb ki, İsrail ABŞ-ın Lark adasına hücumundan əvvəl bu əməliyyat …

Avropa İttifaqından İran hökumətinə qarşı “təzyiqin qorunub saxlanmasına” dəstək

GADTB: Avropa İttifaqı bazar ertəsi bildirib ki, İran üzərində təzyiqi qoruyub saxlamaq, gərginliyin azaldılmasına və …