Molla rejimi azərbaycanlı milli fəalları məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəallar Səməd Heydəri və Rza Səlimini məhkəməyə çağırıb.

Məhkəmənin elektron poçt vasitəsilə göndərdiyi çağırış məktubunda, azərbaycanlı fəallardan barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı etmək üçün 5 gün ərzində məhkəməyə getmələri istənilib.

Qeyd edək ki, azərbaycanlı fəallar Səməd Heydəri və Rza Səlimi molla rejimin məmurları tərəfindən yanvarın 23-ü gecə saatlarında Təbrizdə həbs edərək Təbriz həbsxanasına köçürülmüşdülər.

Azərbaycanlı fəallar fevralın 5-də hər biri 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıblar.

Hər iki fəal barəsində “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Onlar bundan əvvəl də 2022-ci ilin etiraz aksiyalarında və “Traxtur” komandasının oyununda həbs ediliblər.

Həmçinin yoxlayın

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını …

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin …