
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqların Departamentin sədri sayın Sara Azərsun dünən 8 Mart – Dünya Qadınlar Günü münasibətilə Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik mesajı yayıb.
Sayın Sara xanım Azərsunun təbrik mesajını olduğu kimi təqdim edirik:
8 Mart – Dünya Qadınlar Günü münasibətilə
Dünyadakı bütün qadınların, xüsusilə 55 milyonluq Azərbaycan türkünün və bütün Türk dünyasının xanımlarının bayramı mübarək olsun!
Qadınlar bir icma, bir bölgə, bir ölkə və dünya üçün birlik və bərabərlik rəmzidir. İqtisadiyyat, mədəniyyət, sülh və barış qadınların rolu ilə formalaşır.
Dünyada hələ də qadınların haqları uğrunda mübarizə aparılır.
İran adlanan ölkədə Güney Azərbaycan türk qızları ən fundamental haqlarını çox mədəni şəkildə tələb edirlər və bu yolda həyatlarını fəda edirlər. Son illərdə bir neçə güney azərbaycanlı qadın fars-molla rejiminin əli ilə sivil etirazlar zamanı şəhid olub. Dr. Aylar Hacı, Hədis Nəcəfi kimi qəhrəman qızlarımız bu minlərlə şəhid qadından yalnız bir neçəsidir.
Bu mübarizə qadınların bərabər hüquqlara sahib olması və öz haqlarını əldə etməsi üçün davam edəcək.
Qadınlar və qızlar bir ölkənin varlığının qarantıdır. Onların hüquqları hər kəsin hüquqları ilə bərabər olmalıdır!
Hörmətlə
Sara Azarsun
Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və İnsan Haqları Departamentinin sədri
