Çərşənbə axşamı , İyun 16 2026
azfa

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını pozmaqda davam edirlər.

Qadınların azadlıqları uğrunda etirazlarını araşdıran bu hesabatda qətl, əsassız həbslər, işgəncə, zorlama, qaçırılma, cinsi zorakılıq kimi hallar qeyd olunub, bu hərəkətlər insanlığa qarşı cinayət adlandırılıb.

Eyni zamanda, BMT tərəfindən İranda məcburi hicab qanunları, uşaq nikahları və gender zorakılığı pislənilib. Bildirilib ki, 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri 49-u qadın və 68-i uşaq olmaqla 551 etirazçını öldürüb, yüzlərlə insan isə görmə qabiliyyətini itirib.

Birləşmiş Millətlər Təşkilatının Faktları Araşdıran Komissiyası son hesabatında bəyan edib ki, İran prezidenti Məsud Pezzəkyanın məcburi hicaba qoyulan məhdudiyyətləri və müxaliflərə təzyiqləri yumşaltmaq vədlərinə baxmayaraq, repressiyalar davam edir.

Komitənin fəaliyyətinin ikinci ilində dərc olunan hesabatda İran hökumətinin əsas məqsədinin “müxalifəti əzmək” olduğu və repressiv siyasətlərinin qadınları, milli azlıqları, hüquq müdafiəçilərini və siyasi etirazçıları hədəf aldığı vurğulanır.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …