Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə Türk adına şəhadətnamə verməkdən imtina edir

GADTB: Tehran əyalətində rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Arka adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Azərbaycanlı körpənin atası Adil Bağırzadə Balamın Adı kampaniyasına deyib: “Oğlum 2024-cü il sentyabrın 2-də anadan olub və onun üçün Arka adını seçmişik. Amma Qeydiyyat İdarəsinin əməkdaşları bildiriblər ki, bu ad sistemfə olmadığı üçün ona şəhadətnamə verməyəcəklər”.

Onun sözlərinə görə, 2019-cu ildə Təbrizdə övladlarına Arka adı ilə doğum haqqında şəhadətnamə almış ailə həmin şəhadətnamənin surətini onlara təqdim ediblər. Ailə bu sənədi idarəyə təqdim etsə də, qurumun rəsmiləri bildiriblər ki, o zaman bu adla bağlı heç bir problem olmayıb, indi isə qeydiyyatdan keçmək üçün icazə almaq lazımdır.

Qeyd edək ki, bu hadisədən başqa, Təbrizdə molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi 6 aydır ki, Həsən Rəzminin ailəsinə də “Arka” adına görə doğum haqqında şəhadətnamə verməkdən imtina edərək müxtəlif çətinliklər yaradır.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …