Güney Azərbaycanın qərb bölgəsinə yenə kürd terrorçuları hücuma keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın qərb bölgəsinə yenə Şimali İraqdan kürd terrorçuları hücuma keçib. Nəticədə sərhədçilərlə kürd terrorçuları arasında toqquşma baş verib.

Hadisə nəticəsində 7 kürd terrorçusunun zərərsizləşdirildiyi söylənilir. Rejimin İnqilabı Mühafizə Qüvvələri olan SEPAH-ın “Həmzə Seyyduş-Şühəda” quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından Qərbi Azərbaycan vilayəti ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.

Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb. SEPAH üzvlərindən xəsarət alan olmadığı bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə də kürd terrorçuların hücumu nəticəsində Ərdəbil vilayətindən olan 2 azərbaycanlı sərhədçi öldürülmüşdür. İrqçi fars rejimi bir tərəfdən kürdləri dəstəkləyir, digər tərəfdən isə qəsdən azərbaycanlı qüvvələri kürd terrorçuların fəal olduğu ərazilərə göndərib öldürtdürür.

 

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …

Xarg adasında neft yüklənməsi dayandı; İran ixracatda görünməmiş böhranla üzləşib

GADTB: Artıq səkkizinci gündür ki, Xarg adasından heç bir xam neft yükü daşınmayıb. Bu görünməmiş …

Bir cavab yazın