Molla rejimi Təbrizdə tikilməli olan hotelə Noşəhrə açılış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə tikiləcəyini bildirdiyi 5 ulduzlu Araz hotelini Mazandaran əyalətinin Noşəhr şəhərində açılış edib.

Keçirilən açılış mərasimində İran Prezidentinin birinci müavini Məhəmməd Rza Arif də iştirak edib.

Təbrizli iş adamı Həmid Kəbir Cabbariyə məxsus  30 qatlı və 515 otaqdan ibarət olan hotelin inşasına 150 milyon dollar xərclənib və 900 nəfər hoteldə işə götürülüb.

İran mediasının yazdığına görə, Araz hoteli İran və Orta Şərqin ən böyük sahilyanı hotelidir.

Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycan və Təbriz şəhərinin turizm potensialını artırmaq üçün həmin hotelin Təbrizdə inşası planlaşdırılsa da, buna icazə verilməmişdi.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …