Şənbə , Sentyabr 19 2026
azfa

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB: Avropa İttifaqının xarici işlər nazirləri İranın yeddi fiziki və iki qurumuna qarşı sanksiyaları təsdiqləyib.

Məlumata görə, yeni sanksiyalar İranın Avropa vətəndaşlarını və Avropa-İran ikili vətəndaşlığı olanları girov götürməsinə cavabdır. Sanksiya tətbiq edilən şəxslər arasında Tehranın Evin həbsxanasının rəhbəri, bir neçə hakim və digər ədliyyə rəsmiləri var.

Eləcə də, Şirazın mərkəzi zindanı sanksiyaya məruz qalan iki müəssisədən biridir. Yeni sanksiyalar İrana son illərdə ikili vətəndaşlara və Avropa vətəndaşlarına qarşı rəftarına görə ona qarşı beynəlxalq təzyiqlərin davamı olaraq tətbiq edilib. /Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …