Molla rejimi Ərdəbildə sosial blogerləri həbs edib

GADTB: İrqçi fars-molla rejimi Ərdəbil şəhərində bir neçə bloger və sosial media fəalını həbs edib.

Ərdəbildə molla rejimin İnqilab və Dövlət Prokurorluğunun nümayəndəsi Mürtəza Tahirifərd bu barədə məlumat yayıb.

Məlumatda həmin şəxslərin “uyğun olmayan və nalayiq kliplər hazırlamaqla hüquqi və etik standartları pozduqları” iddia olunub, onlar barəsində cinayət işinin açıldığı bildirilib.

Blogerlərin kimliyi, sayı və harada saxlanıldıqları barədə əlavə məlumat verilməyib.

Mürtəza Tahirifərdin sözlərinə görə, Ərdəbil İnqilab və Dövlət Prokurorunun əmri əsasında həmin şəxslərin səhifələri və sosial media kanalları da bağlanıb.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …