Cümə , Sentyabr 18 2026
azfa

Qrossi: İran nevə silahı yaratmaq üçün lazımi materialı əldə edib

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır.

“İranın bir deyil, bir neçə bomba yaratmaq üçün kifayət qədər materialı olsa da, hələ nüvə silahı yoxdur. Bunun üçün hələ müəyyən vaxt lazımdır, lakin etiraf edək ki, onlar artıq buna çox yaxındır”, – R.Qrossi qeyd edib.

Fransanın “Le Monde” qəzeti Qrossinin sözlərini sitat gətirib: “İran təkcə bir deyil, bir neçə bomba hazırlamaq üçün lazım olan materiallara malik olsa da, hələ ki, nüvə silahına malik deyil”.

 “Bu vəziyyət hissələrinin əldə olduğu, lakin hələ quraşdırılmadığı bir pazla bənzəyir. Silahları tam əldə edə edilməsi üçün hələ biraz fasilə var, lakin o, uzun deyil”- deyə Qrossi əlavə edib.

Baş direktor qeyd edib ki, agentliyin müşahidələrinə görə, son dörd ildə İran bu sahədə inkişaf edir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İran-ABŞ danışıqlarından əvvəl Tehrana səfər edib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …