Şənbə , Aprel 19 2025
azfa

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün Kərəcin Qızılhisar həbsxanasına köçürülən 5 siyasi məhkumun taleindən nigəran olduğunu deyib.

Sato bu barədə özünün X sosial media platformasında paylaşım edib.

“5 kişi siyasi məhbusun edam edilmək üçün Evin həbsxanasının 4-cü palatasından Kərəcin Qızılhisar həbsxanasına köçürülmələri barədə narahat edici xəbərlər almışam”,- Sato yazıb.

Bundan əvvəl BMT-nin İnsan Hüquqları Şurasına da Evin həbsxanasının vəziyyəti ilə bağlı hazırladığı hesabatda məlumat verdiyini diqqətə çatdıran May Sato, edama məhkum edilən siyasi məhbusların köçürülməsindən sonra vəziyyətin dahada təhlükəli həddə çatdığını bildirib.

Qeyd edək ki, iki gün əvvəl edama məhkum edilmiş 5 siyasi məhbusun Evin həbsxanasından Qızılhisara kpçürülməsi zamanı qarşıdurma yaranıb.

Məhbuslar edama məhkum edilənlərin kçürülməsinə mane olmağa çalışdıqları üçün Evin həbsxanasına xüsusi qüvvələr cəlb edilib, nəticədə bir neçə etirazçı məhbus yaralanıb.

 Hazırda İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

Bununlayanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir.

Həmçinin yoxlayın

Fox News Trampın hərbi hədəsinin Xameneyini danışıqlar masasına oturtdiğimi yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Fox News” İran rəhbəri Əli Xameneyinin ABŞ prezidenti …

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …