İranın ögey siyasəti nəticəsində Təbrizdə tarixi Sabiləmir meydanı dağılır

GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik və ögey siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələrdən biri olan Təbrizin tarixi Sabiləmir meydanı acınacaqlı durumua düşüb.

Tarixi meydanın acınacaqlı vəziyyəti ilə bağlı yayılan görüntülər sosial mediada çoxsaylı reaksiyalara səbəb olub. Mədəni və ictimai fəallar bu vəziyyətə təcili reaksiya verməyə çağırsalar da indiyədək cavabdeh qurumlar tərəfindən heç bir tədbir görülməyib.

Azərbaycanlı fəallar bu diqqətsizliyi Azərbaycan millətinin kimliyi yansıdan tarixi əsərlərin, rəmzlərin tədricən silinməsinə yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsi hesab edirlər.

Qeyd edək ki, irqçi fars-molla rejimi son illərdə türk şəhərlərinin, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncan və s. Azərbaycan şəhərləeində tarixi abidələri ya birbaşa siyasətlə, ya da məqsədli etinasızlıq nəticəsində dağıdıb, yox edib.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …