Şənbə , İyun 13 2026
azfa

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum şəhərində Azərbaycan Respublikasına qarşı yeni tədbir keçirilib.

Anti-Azərbaycan tədbiri Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun xatirəsinə həsr edilib.

Mərasimdə Azərbaycan Respublikasına qarşı çıxış edənlər, müsəlmanlara qarşı təzyiqlərin olduğu iddia edib, vətəndaşları iğtişaşa təhrik edən bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib.

O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada həlak olub.

Tədbirdə, Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınan, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Həmçinin yoxlayın

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Pakistanın Baş naziri: İran və ABŞ arasında anlaşma memorandumu yaxın 24 saat ərzində imzalanacaq

GADTB: Pakistanın Baş naziri Şahbaz Şərif şənbə günü bildirib ki, Tehran və Vaşinqton anlaşma memorandumunun …