Güney Azərbaycanda Traxtur komandasının çempion olması ilə bağlı şənliklər gecə boyu davam edib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın “Traxtor” və  Şəms Azər komandalarının yarışı nəticəsində, Traxtur 4:0 hesablı ilə qalib gəlib və İran Premyer Liqasının qalibi olub. Bu qarşılaşma Premyer Liqanın 28-ci turunda Qəzvinin Sərdar Azadə adına stadionunda keçirilib.

Güney Azərbaycanın Traxtur komandasının çempion olması ilə bütün Güney Azərbaycan şəhərləri və qəsəbələrində böyük coşqu ilə qeyd edilib. Hətta Azərbaycanın ucqar şəhərləri, o cümlədən Qum və Tehranda da Azərbaycan türkləri küçələrə axışıb, şənlik edib və milli şüarlar səsləndiriblər.  

Güney Azərbaycan şəhərlərində şənlik edən əhali həmçinin aşağıdakı şüarları səsləndiriblər:

“Türk dilində mədrəsə olmalıdı hər kəsə”

“Bu Torpraqdan pay olmaz Urmu Kürdistan olmaz”

“Urmiya Türkündü Türkün qalacaq”

“Azərbaycan var olsun istəmiyən kor olsun”

“Azərbaycan Yurdumuz_Traxtur Bozqurdumuz”

“Bakı, Təbriz, ankara, biz hara farslar hara”.

Video:

https://t.me/GADTB1/42089

https://t.me/GADTB1/42094

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …