Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Ərdəbildə prokurorluq “İt gəzdirməyi” qadağan edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində prokurorluq “İt gəzdirməyi” qadağan edib.

Prokurorluq məmurları şəhərdəŞ parklarda və ümumiyyətlə ictimai yerlərdə it gəzdirən şəxslərə qarşı ciddi tədbir görəcəklər.

Qəbul edilmiş qaydalara görə, avtomobillərdə də it gəzdirmək qadağan edilib.

Qanunu pozan sürücülərə cərimə tətbiq edilməsi, nəqliyyat vasitələrini müsadirə edilməsi, əlaqəli mağazaların möhürlənməsi və itlərin müsadirə edilməsi nəzərdən tutulan tədbirlərə sırsasındadır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …