Şənbə , Sentyabr 19 2026
azfa

Güney Azərbaycanın Əndərigan və Astargan mədənlərindən ildə 170 kiloqramdan çox qızıl çıxarılır

GADTB: Şərqi Azərbaycan Əyalətinin Sənaye, Mədən və Ticarət Baş direktoru Sabir Parnian Əndərigan və Astargan mədənlərinin illik 170 kiloqramdan çox qızıl hasilatı ilə ölkənin ən böyük qızıl ehtiyatlarından hesab edildiyini açıqlayıb.

Sabir Pərnian Şərqi Azərbaycan mədənlərinin təsdiq edilmiş ümumi ehtiyatları 10 milyard tondan artıq olduğunu deyib.

Pərnian Şərqi Azərbaycanın faydalı qazıntı müxtəlifliyi baxımından yüksək potensiala sahib olduğunu bildirib.

O deyib: “Mədənlər arasında ehtiyatı 30 milyon ton və orta məhsuldarlığı 0,52 qram/ton olan Əndəriyan qızıl mədəni ölkənin ən zəngin qızıl mədənlərindən biridir.”

Qeyd edək ki, Azərbaycanın bu qızıl mədənləri illərdir Rusiya və İran tərəfindən talan edilir, ancaq bu qızıl mədəninin əsas sahibi olan Azərbaycan xalqı bu nəhəng sərvətlərdən heç bir pay ala bilmir. Əvəzində isə yoxsulluq, işsizlik, miqrasiya və bu mədənlərin səbəb olduğu ekoloji problemlərlə mübarizə aparır.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …