Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər.

Üzərində “edama yox”, “edam hökmlərinin icrasını dayandırın” şüarları yazılmış plakarlar qaldıran etirazçılar, insan haqları təşkilatlarından yardım istəyiblər.

Qeyd edək ki, həmin gün eyni zamanda İranın 41 həbsxanasında həbsdə saxlanılan onlarla siyasi məhbus edam hökmlərinin dayandırılması tələbi ilə 68-ci dəfə olaraq 24 saatlıq aclıq aksiyasına əl atıb.

Hazırda İan həbsxanalarında siyasi baxışlarına görə edama məhkum edilən 54 məhbus var.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …