Macarıstanda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək

GADTB: Bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Macarıstan Baş naziri Viktor Orbanın sədrlik edəcəyi sammitdə Azərbaycanla yanaşı, TDT-yə üzv digər dövlətlərin – Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın prezidentləri iştirak edəcək. Bundan əlavə, TDT-nin müşahidəçi dövlətlərinin (Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası) nümayəndələri və təşkilatın baş katibi də sammitə qatılacaq.

TDT tarixində ilk dəfə təşkilatın sammiti müşahidəçi dövlət tərəfindən keçiriləcək. Bu, Macarıstanın türk dövlətləri ilə hərtərəfli əməkdaşlığın qətiyyətlə dərinləşdirilməsində artan rolunu vurğulayır.

“Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu altında keçiriləcək qeyri-rəsmi zirvə dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələlərin müzakirəsi baxımından mühüm imkan yaradacaq.

Zirvə toplantısının sonunda Türk Dövlətləri Təşkilatının ortaq və strateji baxışını təsdiq edən Budapeşt Bəyannaməsinin qəbul edilməsi, müxtəlif mühüm qərarların və təşəbbüslərin ictimaiyyətlə paylaşılması nəzərdə tutulur.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …