Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Ərdəbildə məktəb çatışmazlığı var

GADTB: Güney Azərbaycanın Ərdəbil bölgəsində məktəb çatışmazlığı var. Bunun aradan qaldırılması üçün ən azı 300-ə yaxın 12 sinif otağından ibarət məktəblər inşa edilməlidir.

Valiliyinin rəsmisi Rza Kərimi deyib ki, xüsusən Ərdəbil, Parsabad, Aslanduz, Xalxal və Meşginşəhr (Xiyav) şəhərlərində problem daha kəskin xarakter daşıyır: “Adı çəkilən şəhərlərdə təhsil sahəsi kritik vəziyyətdədir və məktəb çatışmazlığı səbəbindən siniflərdə orta şagird sayı 45-ə çatıb”.

Ölkədə şagirbaşına düşən təhsil sahəsinin 5.2 olmasına baxmayaraq, Ərdəbildə şagirbaşına düşən təhsil sahəsinin 1,8 ilə 2 kvadratmetr arasında olduğunu deyən Rza Kərimi, bunun ölkə üzrə orta göstəricidən aşağı olduğunu bildirib.

Qeyd edək ki, uzun illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri üçün vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …