Qərb ölkələri İrana qarşı qətnamə hazırlayır; Tramp razılaşmağa ümid edir

GADTB: Reuters-in məlumatına görə, ABŞ və üç Avropa ölkəsi Beynəlxalq Atom Enerjisi Agentliyində İranın təhlükəsizlik öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul etməyə hazırlaşır.

Amerika prezidenti Donald Tramp isə deyir ki, Amerika və İran yaxın gələcəkdə Tehranın nüvə danışıqları ilə bağlı ziddiyyətləri həll etmək üçün razılığa gələ bilər.

“İranhavaya uçmaq-partlamaq istəmir, ona görə də onlar sövdələşməyə üstünlük verəcəklər və məncə, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər. Yaxın Şəerqdə bombalar partlamadan belə sövdələşmə əldə edə bilsək bu çox gözəl olardı.” – deyə Tramp bildirib.

Donald Tramp İranın nüvə silahına yiyələnməsinə göz yummayacaqlarına bir daha diqqət çəkib.

“Onların nüvə silahı ola bilməz. Qoy onlar çox gözəl və uğurlu ölkə olsunlar. Ancaq nüvə silahı olmadan, bu mümkün deyil.” – deyə o bildirib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …