Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı fəal Məhəmməd Həsən Rəhimi beş aydır yoxa çıxıb

GADTB: Qoşaçaydan olan azərbaycanlı fəal Məhəmməd Həsən Rəhimi beş aydır yoxa çıxıb.

Azərbaycanla bağlı mövzularda yazılar dərc edən sosial şəbəkə fəalı Məhəmməd Həsən Rəhimi təxminən 5 ay əvvəl Çalxamaz kəndinin mərkəzi küçəsindən günorta çağı qəfil qaçırılıb və o vaxtdan bəri ondan xəbər yoxdur.

Azərbayanlı fəalın yoxa çıxmasından sonra ilk günlərdə bəzi yerli sakinlər və qeyri-rəsmi şəxslər onun molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs olunduğunu elan ediblər. Lakin ETTELAAT orqanlarından heç biri onun həbsinə görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib.

Yaxınlarının və yerli əhalinin verdiyi məlumata görə, onun yoxa çıxmasından sonra ilk günlərdə bəzi yerli sakinlər və qeyri-rəsmi məlumatçılar onun kəşfiyyat qüvvələri tərəfindən həbs olunduğunu elan ediblər. Lakin ETTELAAT orqanlarından heç biri onun həbsinə görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib. Hətta bəzi hallarda onun həbsdə olması iddiası da təkzib olunur.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …