
GADTB: “Reuters” xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın əvvəllər uzun müddətdir araşdırılan üç obyektdə bəyan edilməmiş nüvə materialından istifadə edərək gizli nüvə fəaliyyətləri həyata keçirdiyini açıqlayıb.
Məlumata görə, əvvəllər bildirilməyən üç yer – Lavisan-Şian, Varamin və Mərivan İranın bəyan edilməmiş materiallardan istifadə etdiyi məkan olub. BAEA-nın baş direktoru Rafael Qrossi bir daha İslam Respublikasını agentliklə dərhal, tam və effektiv əməkdaşlığa çağırıb.
Qeyd olunub ki, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatı 9247,6 kq-a yüksəlib və 60%-ə qədər zənginləşdirilmiş uranın miqdarı hazırda 400 kq-ı ötüb. / Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi