Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Təbriz Yanacaq doldurma mərkəzlərinin işçiləri etiraz olaraq işi dayandırıblar

GADTB: Əmək haqqıların ödənilməməsinə görə Təbriz bələdiyyəsinə bağlı CNG yanacaq doldurma məntəqələrində çalışan işçilər işi dayandırıb tətilə başlayıblar.

Bazar günü səhər saatlarında başlayan tətil şəhər boyu bir sıra əsas məntəqələrin bağlanmasına səbəb olub və qazla işləyən avtomobillərin yanacaq təchizatını dayandırıb.

Bu məntəqələrdə çalışan işçilər bir neçə aydır əmək haqlarının və tələblərinin ödənilmədiyini, məmurların vədlərinə baxmayaraq, problemin həlli üçün heç bir tədbir görülmədiyini bəyan ediblər.

Təbriz Bələdiyyəsinin rəsmilərindən heç biri işçilərin maaşları ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, sözü gedən yanacaq doldurma məntəqələrinin 18-i sərnişin terminallarına, 5-i taksi təşkilatına, yerdə qalanları isə Təbriz Bələdiyyəsi Tullantı Təşkilatına, avtobus təşkilatına məxsusdur.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …