Molla rejimi Hakan adına azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin məmurları 8 gündür Hakan adına görə azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir.

Bununla bağlı yeni doğulan körpənin atası Mehdi Məhəmmədzadə Dan Səhifəsinin Balamın Adı kampaniyasına açıqlama verib.

Məhəmmədzadə deyib: “Oğlumuz 28 may 2025-ci ildə doğulub və biz ona Hakan adını seçdik. Ancaq Təbriz Vətəndaşlıq İdarəsinin Lalə şöbələrinin məsulları bu adın icazəli adlar siyahısında olmadığını və qadağan olduğunu bildirdilər. Biz onlara daha öncə bu adla çox sayda doğum haqqında şəhadətnamə verildiyini bildirsək də onlar Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsi rəsmilərinin bu adı iki həftə əvvəl icazə verilən adlar siyahısından çıxardıqlarını bildirdilər.”

Mehdi Məhəmmədzadə məsələ ilə bağlı vəkil tutaraq məhkəməyə müraciət etdiklərini də deyib.

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …