Bazar , Oktyabr 18 2026
azfa

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı sənaye mərkəzlərindən birini hədəf alan bir neçə dəqiq hava hücumu həyata keçirib.

Partlayışların səsi çox güclü idi. Yerli mənbələr İsrail döyüş təyyarələrinin ardıcıl dörd hücumu olduğunu bildiriblər.

Qeyd edək ki, bundan öncə İsrail xəbərdarlıq yaymışdı.

Xəbərdarlıqda deyilirdi: “İsrail ordusu son günlər İranın hər yerində rejimin hərbi infrastrukturuna hücum etdiyi kimi tezliklə bu bölgədə hərəkətə keçəcək.

Hörmətli vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün xəritədə göstərilən ərazini mümkün qədər tez tərk etməyinizi xahiş edirik.

Bu ərazidə olmanız həyatınızı təhlükə altına qoyur”.

Video:

https://t.me/GADTB1/43198

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …