Şənbə , Avqust 29 2026
azfa

Molla rejimi nüvə mərkəzlərinin vurulmasına görə Moskvaya üz tutdu

GADTB: İranın xarici işlər naziri Abbas Arakçı Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Abbas Arakçı ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmilərlə regional və beynəlxalq məsələlərdə məsləhətləşmək niyyətindədir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İranın xarici işlər nazirinin Moskvaya gəldiyini təsdiqləsə də, kimlərlə görüşəcəyi barədə məlumat verməyib.

“Biz İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Moskvaya gəlməsini təsdiq edirik”, – diplomat bildirib.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …