Bazar ertəsi , Avqust 31 2026
azfa

Azərbaycan İranın Ermənistandakı səfirinin təxribat xarakterli bəyanatlarını qəti şəkildə rədd edir

GADTB: Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin guya Azərbaycan ərazisindən İrana hücumlar üçün istifadə edilməsi, xüsusən də 🇮🇱 İsrailin pilotsuz təyyarələrinin Azərbaycan ərazisindən buraxılması ittihamı ilə bağlı əsassız və təxribat xarakterli bəyanatlarını qəti şəkildə rədd edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə iranlı diplomatın açıqlamalarına münasibət bildirərkən deyib.

Hacızadə vurğulayıb ki, bu ittihamlar Azərbaycan və İran arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, habelə daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.

Azərbaycan Prezidentinin İran Prezidenti ilə bu yaxınlarda telefon danışığında, eləcə də xarici işlər nazirləri arasında danışıqlarda aydın şəkildə izah etdiyi mövqe fonunda İran səfirinin bu cür bəyanatlarını açıq təxribat kimi qiymətləndiririk”, – XİN sözçüsü bildirib.

“Azərbaycan Respublikası öz hava və ya quru məkanından hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı hər hansı iddiaları qəti şəkildə rədd edir. Bu iddialar əsassızdır və heç bir etibarlı sübutla dəstəklənmir”, – Hacızadə əlavə edib.

O, həmçinin İranı ikitərəfli münasibətlərin ruhuna zidd hərəkətlərə son qoymağa və müntəzəm olaraq ermənipərəst mövqe sərgiləyən səfirin bəyanatları ilə bağlı lazımi tədbirlər görməyə çağırıb.

Həmçinin yoxlayın

Tramp: İranın qəddar və şər rejimi 3 ay əvvələ qədər 52 min etirazçını öldürüb və onlar “heç vaxt” nüvə silahına sahib olmayacaqlar

GADTB: ABŞ prezidenti Donald Tramp İranın molla rejiminin son dərəcə qəddar və şər olduğunu, nüvə …

ABŞ Hörmüz boğazında İranın mina yerləşdirməsinin qarşısını almaq üçün rejimin hərbi obyektlərinə zərbə endirib

GADTB: Aksios müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ ordusu Hörmüz boğazında dəniz …