Bazar ertəsi , Avqust 31 2026
azfa

BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İranda repressiyalara görə xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İsraillə müharibədən sonra İranda yeni repressiya dalğasının olacağını görərək, xəbərdarlıq edib.

May Sato bununla bağlı yaydığı bəyanatda deyilir: “İranda edamların, kütləvi həbslərin və azlıqlara qarşı repressiyaların həyəcan verici artması insan haqlarının vəziyyəti ilə bağlı təhlükə siqnalıdır”.

Sato İranda insan haqları pozuntularının artması tendensiyası ilə bağlı xəbərdarlıq edib və bunu qanunun aliliyinə və insan ləyaqətinə ciddi təhdid kimi qiymətləndirib.

Satonun sözlərinə görə, 2025-ci il iyunun 13-dən İran və İsrail arasında hərbi münaqişənin başlanmasından sonraİranda ən azı altı vətəndaş “İsrailin xeyrinə casusluq” ittihamı ilə edam edilib.

BMT-nin İran üzrə xüsusi məruzəçisi həmçinin deyib: “Bu şəxslər ədalətli mühakimə standartlarına riayət edilmədən və qısa məhkəmə araşdırmalarından sonra edam ediliblər. Onlardan üçün etnik azlığın nümayəndəsi idi; Bu isə İranın təhlükəsizlik siyasətlərində etnik azlıqların hədəf alınması ilə bağlı narahatlıqları gücləndirən məsələdir”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbirində- Video

GADTB: Bu gün 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı …

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …