Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib.

Görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsidir.

Görüşdə DEM Partiyasının Van millət vəkili Pervin Buldan, DEM Partiyasının Şanlıurfa millət vəkili Mithat Sancar, MİT rəhbəri İbrahim Kalın və AK Partiyanın sədri müavini Əfqan Ala iştirak edir.

Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.

DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …