Cümə axşamı , Noyabr 12 2026
azfa

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsi Peyman Kərimpuru həbs etməyə çalışıb

GADTB: Təbrizdə terrorçi Sepah-ın Kəşfiyyat İdarəsinin əməkdaşlarının Heydərabad məhəlləsində  azərbaycanlı milli fəalı Peyman Kərimpuru həbs etməyə çalışıblar. Lakin onların cəgdi uğursuz olub.

Həmin fəal daha əvvəl Təbriz İnqilab Məhkəməsinin İkinci Şöbəsi tərəfindən 2 il 5 ay həbs və 2 il ölkədən çıxış qadağası ilə cəzalandırılmışdı. Çıxarılan hökmə daxil edilən ittihamlara aşağıdakılar daxildir:

Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq

İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti

İslam Respublikasının müqəddəslərini təhqir etmək

Məhkəmənin elanına görə, bu ittihamlar kiberməkanda İran İslam Respublikası əleyhinə materialların dərci ilə əlaqədar irəli sürülüb.

Həmçinin, məhkəmənin hökmünə əsasən, bu milli fəalın mobil telefonu hökumətin xeyrinə “cinayət törətmək vasitəsi” kimi müsadirə edilib.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …