Çərşənbə , Noyabr 11 2026
azfa

PKK terrorçular silahlarını ocağa atdı – Video

GADTB: Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq.

Proses 30 nəfərlik qrupun silahı yerə qoyması ilə start götürəcək.

Mərasimin İraqın Süleymaniyyə şəhərinin Dukan rayonunda baş tutacağı və saat 10:00-da başlayacağı bildirilir.

Üç-dörd aya tamamlanacaq prosesə MİT və Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək. Təyin olunmuş mərkəzlərdə toplanan silahlar xüsusi üsullarla məhv ediləcək və üçüncü ölkəyə göndərilməyəcək. Silahsızlaşdırma prosesi ilə paralel olaraq təşkilatın logistik mərkəz kimi istifadə etdiyi anbarlar da məhv ediləcək. Proses irəlilədikcə düşərgələr də boşalacaq. Cinayətlərlə əlaqəsi olmayan şəxslər istəsələr, sərbəst şəkildə Türkiyəyə qayıda biləcəklər. Bu şəxslərə qarşı heç bir ittiham irəli sürülməyəcək.

Prosesin digər detalları isə təhlükəsizlik baxımından gizli saxlanılır.

 “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilir.

 “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməyə başlayan keçmiş PKK terror təşkilatı proses barədə açıqlama yayıb.

Özünə “Sülh və Demokratik Cəmiyyət Qrupu” adını verən terror təşkilatı PKK-nın tərəfdarları bu addımı Abdullah Öcalanın iyunun 19-dakı çağırışı əsasında atdıqlarını bildiriblər.

Qeyd edilib ki, silahlar prosesi müşahidə edənlərin gözü qarşısında yandırılıb.

Video:

https://t.me/GADTB1/43685

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …