Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Urmiya gölünü bərpasının dənizdən su çəkməkdən başqa yolu yoxdur

GADTB: Təbriz Universitetinin İqlimşünaslıq kafedrasının professoru, Planlaşdırma və Ətraf Mühit Elmləri fakültəsinin üzvü Doktor Bəhruz Sari-Sərraf Urmiya gölündə yaşanan iqlim problemindən danışıb.

Sari-Sərraf İRNA-ya müsahibəsində bu barədə deyib: “Urmiya gölü hövzəsində iqlim dəyişikliyi açıq şəkildə müşahidə olunur və belə bir şəraitdə bu gölün bərpasına əvvəlkindən daha çox diqqət yetirilməli və təsirli tədbirlər görülməlidir. Bu gölün dirçəlməsi üçün açıq dənizlərdən suyun göl yatağına köçürülməsindən başqa yol yoxdur.”

Sari-Sərraf Urmiya gölünün dirçəliş qərargahının strukturunun milli səviyyədən əyalət səviyyəsinə dəyişdirilməsini pis hal hesab edib: “Biz məsələni beynəlmiləlləşdirmək və bu gölü xilas etmək üçün dünya ölkələrindən alimləri İrana dəvət etmək əvəzinə, dirçəliş qərargahını millidən yerli qərargahına çevirdik.”

Doktor Sarı Sərəf ötən qışda Urmiya gölünün bərpası üçün Yaponiyanın 4,5 milyon dollarlıq yardımına toxunub: “Gölün su təchizatı layihələrində istifadə oluna biləcək bu böyük məbləğdə vəsait məqsədyönlü şəkildə xərclənməlidir.” O hazırki tendensiyanın davam edəcəyi təqdirdə gölün tamamilə məhv olacağını bildirib.

Şərqi Azərbaycan Regional Su İdarəsinin bildirdiyinə görə, göl yatağının 31 faiz kiçilməsi, vilayətin yeraltı su anbarlarında beş milyard kubmetrdən çox su çatışmazlığı, eləcə də Urmu gölünün suyunun həcminin kəskin azalması bölgənin əsas problemlərindəndir.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …