Molla rejimin məmurları Təbrizdə azərbaycanlı fəal Rza Həsənzadənin ata evinə hücum edib

GADTB: Son günlər molla rejimin ETTELAAT Nazirliyinin agentləri azərbaycanlı fəal Rza Həsənzadənin atası və qardaşının evlərinə basqın edib, onu həbs etmək istəsələr də, buna nail olmayıblar.

Rejimin məmurları fəalın şəxsi əşyalarında axtarış apararkən və ailəsinə hörmətsizlik edərək, mətbuatda məsələnin işıqlandırılması ilə bağlı xəbərdarlıq etmişdilər.

Xatirladaq ki, Azərbaycan milli fəallarına və digər iranlı siyasi fəallara fərqli baxışda olan İran Kəşfiyyat Nazirliyinin fəaliyyətinə etiraz edən Güney Azərbaycandan olan milli fəal Rza Həsənzadə etirazını açıqlamışdı. O, həmçinin Urmiya gölünün qəsdən qurudulmasına etirazını bildirib və Urmiya gölünün qurudulması üçün keçirilən etiraz kampaniyasına qoşulub.

Qeyd edək ki, Sənaye elektrik mühəndisi və PLC-də işləyən Reza Həsənzadə sənaye sexlərinin təhlükəsizliyi üzrə ekspertdir və eyni zamanda rəsmi restoran sektorunda da sahibkardır.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …