Bazar , Avqust 30 2026
azfa

İran məclisi qədimdən işlədilən türkcə tüməni yox ispanlara məxsus riyalı pul vahidi təsdiq etdi

GADTB: İran məclisi qədimdən işlədilən türkcə tüməni yox ispanlara məxsus riyalı pul vahidi təsdiq edib. Məclisinin İqtisadiyyat Komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

İran məclisinin komitə rəhbəri Şəmsəddin Hüseyni qeyd edib ki, hökumətin layihəsində pul vahidinin adının “riyal”dan “tümən”ə dəyişdirilməsi də təklif edilib, lakin Mərkəzi Bank haqqında qanuna əsaslanaraq, komitə bu yeniliyin əleyhinə səs verib:

“Komitənin bugünkü qərarında hökumətin təşəbbüsü qəbul edilib və məclisin əvvəlki qərarı təsdiqlənib. Valyuta islahatı kəmiyyət baxımından qüvvədə qalır, “yeni valyutanın vahidi” hazırkı 10.000 riala ekvivalent olacaq.

Eyni zamanda, əvvəlki fərmana uyğun olaraq, qıran adlanan əlavə pul vahidləri təsdiq edilib. Beləliklə, hər yeni rial 10 min cari riala, hər yeni rial isə 100 qırana bərabər olacaq”.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …