Bazar , Avqust 30 2026
azfa

Molla rejimin yarıtmaz siyasəti Zəncanın “Şorgölü” gölündə ekoloji fəlakətə səbəb olub-Video

GADTB: İrqçi fars-molla rejimin yarıtmaz siyasəti Zəncanın “Şorgölü” gölündə ekoloji fəlakətə səbəb olub.

Zəncan vilayətində bir vaxtlar əyalətin ən böyük və yeganə təbii gölü olan “Şorgölü” gölü tamamilə quruyub və onun canlıları məhv olub.

Məsələ ilə bağlı Zəncan sakini video görüntü yaymaqla gölün acınacaqlı durumunu üzə çıxarıb.

Adına baxmayaraq, şirin və içməli suyu olan Şorgölü keçmişdə canlılar üçün sığınacaq olmaqla yanaşı, həm də yerli sakinlərin dolanışıq mənbəyi olub. Onun qonşusu “Pari” və ya “Xəndəqli” kimi tanınan göl də oxşar aqibəti yaşayıb və orada nə su, nə də həyat izi qalmayıb.

Ətraf mühit fəalları və bölgə sakinləri İran İslam Respublikası rejiminin ölkənin azərbaycanlılar yaşayan ərazilərindəki ekoloji infrastruktura etinasızlığını bu fəlakətin əsas səbəbləri hesab edirlər.

Sakinlərin sözlərinə görə, su ehtiyatlarının quruması və nəzarətin olmaması ilə bağlı illərlə edilən xəbərdarlıqlara məhəl qoyulmayıb.

Bu, İran Konstitusiyasının 50-ci maddəsində və həmçinin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində tanınan sağlam və davamlı ətraf mühit hüququnun pozulmasıdır.

Video:

https://t.me/GADTB1/44218

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …