Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Vaşinqtonda Azərbaycan diplomatiyasının qələbəsi ilə bağlı GADTB-nin təbrik mesajı

GADTB: ABŞ-da Azərbaycan Prezidenti cənab İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı Zəngəzur dəhlizinin açılması barədə əldə olunan razılıq münasibətilə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, 55 milyon dünya azərbaycanlılarına və bütün türk dövlətlərinə ürəkdən təbriklərimizi çatdırırıq.

Azərbaycanın qəhrəman dövləti və ona rəhbərlik edən möhtərəm Prezidentimiz, Ali Baş Kamandan cənab İlham Əliyevin uzunmüddətli, müdrik və uğurlu siyasətinin bu gün daha bir tarixi nəticəsini görməkdən böyük qürur duyuruq. Diplomatik arenada atılan bu mühüm addım, Zəngəzur dəhlizinin açılması ilə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının strateji, iqtisadi-siyasi mövqeyini gücləndirmişdir.

Hörmətli cənab Prezident! Bu gün biz azərbaycanlılar xoşbəxtik ki, Sizin rəhbərliyiniz dövründə belə əlamətdar hadisələrə şahidlik edirik. Azərbaycanın düşmənləri artıq başa düşməlidirlər ki, bölgədəki oyunları iflasa uğrayıb və bundan sonra nə işğalçı Rusiya, nə də İran rejimi ölkəmizə qarşı yanlış addım atmağa cəsarət edə bilməyəcək.

Qarşıdakı mərhələdə yolumuz parçalanmış torpaqlarımızın birləşdirilməsi, “Bütöv Azərbaycan” idealının gerçəkləşməsi və tarixi missiyamızın tamamlanması olacaq.

Yaşasın Azərbaycan!

Yaşasın Türk birliyi!

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük …

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə …