Cümə axşamı , Avqust 20 2026
azfa

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “Sülh sazişi, Tramp marşrutu və İranın qırmızı cizgiləri. Xamnei savaşla təhdid etdi” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Sülh sazişi, Tramp marşrutu və İranın qırmızı cizgiləri. Xamnei savaşla təhdid etdi” mövzusunda çıxış edib.

Sayın Əjdər bəy çıxışında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfərində diplomatik uğurların İrana tərs şillə olması, bu uğurların eyni zamanda Azərbaycan tərəfindən Rusiyaya da tərs şapalaq olması, İranın yaramaz qonşu olması və daim Azərbaycana qarşı düşmənçilik etməsi, Rusiyanın işğalçı və müstəmləkəçi dövlət olması və Azərbaycana qarşı təhlükə yaratması, İran adlanan yerin dağılmaqda olması, Güney Azərbaycanda isə Azərbaycan türklərinin müstəqillik uğrunda mübarizəsinin davam etməsi və s. məsələlərdən danışmışdır.

Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş …