Molla rejimi azərbaycanlı fəal İbrahim Savalanı həbs və pul cəzasına məhkum edib

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal İbrahim Savalanı (Rəşidi) 54 günlük həbs və on beş aylıq məhkəmə prosesindən sonra “yalan yaymaq” və “rejim əleyhinə təbliğat” ittihamı ilə iki ayrı iş üzrə ümumilikdə 250 milyon rial cərimə və üç ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, İbrahim Savalan 2023-ci il dekabr 30-də “İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq” və “kompüter sistemləri vasitəsilə yalan yaymaq” ittihamı ilə Xiyavda (Meşkinşəhr) atasının evində həbs edilib.

Hər iki ittiham hüquqi cəhətdən girov müqabilində azadlığa buraxılmağa imkan verən kiçik cinayətlər sayılsa da, jurnalist həmin il martın 23-dək 54 gün həbsdə saxlanılıb.

On beş ay davam edən prosesdən sonra Xiyavdakı molla rejimin Cinayət Məhkəməsi İbrahim Rəşidini yalan yaymaq ittihamı ilə əlli milyon rial cərimə ödəməyə məhkum edib. Bununla yanaşı, Xiyavdakı rejimin İnqilab Məhkəməsi onu rejim əleyhinə təbliğat işi üzrə üç aylıq həbsə alternativ olaraq iki yüz milyon rial cərimə ödəməyə məhkum edib. Hökmə əsasən cərimə ödənilməsə, hökm icra olunacaq.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …