İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik danışıqların davamına qərar veriblər

GADTB: İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz aralarında danışıqların davamına qərar veriblər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Massimo Aparonun Tehrana son səfəri çərçivəsində belə qərar verilib.

Bununla bağlı, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib. Onun sözlərinə görə, görüş zamanı İran tərəfi AEBA-nın son aylarda, xüsusilə də İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini kəskin tənqid edib.

Müzakirələr nəticəsində tərəflər məsələnin həlli istiqamətində dialoqun davam etdirilməsinə razılıq veriblər.

Məsləhətləşmələrin növbəti mərhələsində agentliyin İranla münasibətlərdə necə davranacağı və nə dərəcədə obyektiv mövqe sərgiləyəcəyi diqqətlə izləniləcək.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …