Cenevrədə İranın nüvə danışıqları nəticəsiz başa çatıb

GADTB: Cenevrədə İranın Avropa ölkələri ilə nüvə danışıqları nəticəsiz başa çatıb.

“Axios” mənbələrə istinadən xəbər verir ki, bu axşam Cenevrədə İran və 3 Avropa dövləti arasında keçirilən görüşdə heç bir ciddi irəliləyiş əldə olunmayıb.

Qeyd olunur ki, bu, Avropa güclərinin İranın nüvə proqramı ilə bağlı müəyyən etdiyi vaxtdan 5 gün əvvəl baş verib.

İran tərəfi tələblərin yerinə yetirilməsi üçün konkret addımlar təklif etməyib. Tələblər bundan ibarətdir: ABŞ ilə danışıqların bərpası, BMT müfəttişlərinin İsrailin hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə çıxışının təmin edilməsi və İranda qalan 60% zənginləşdirilmiş uran ehtiyatları.

Axios-un fikrincə, irəliləyişin olmaması tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələrinin “Snapback” mexanizmini işə salması ehtimalını xeyli artırır.

Snapback 2015-ci il nüvə sazişinin bir hissəsi olan hüquqi mexanizmdir və sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına səbəb olur.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …