Bazar , Avqust 30 2026
azfa

İranın Güney Azərbaycanın yeraltı sərvətlərini talaması barədə etiraf

GADTB: Təbrizin İran məclisindəki millət vəkili Əlirza Monadi Mərkəzi Bankın sədri ilə görüşdə Tehranın Azərbaycana qarşı müstəmləkəçilik siyasətini tənqid edib və bildirib ki, ölkənin mis ehtiyatının 50%-i Azərbaycandadır ancaq burdan əldə edilən gəlirlər isə mərkəzi şəhərlərə gedir.

Əlirza Monadi deyib: “Ölkənin əyalətləri üç qrupa bölünüb, pulun 60%-i Tehranın, 30%-i Məşhəd, İsfahan, Qəzvin və Əlburz kimi 6 vilayətin əlindədir, qalan 10%-i isə 20 zəif bölgənin payına düşür. Azərbaycan da bu qrupa daxil edilib. Bir milləti necə bu qədər aşağılaya bilərlər?! Azərbaycan niyə bu qrupda olmalıdır?”

Ölkə misinin yüzdə 50-nin bu əyalətdə istehsal olunduğunu, lakin gəlir və maliyyə qaynaqlarının əyalət banklarında cəmlənmədiyini bildirən Monadi bu vəziyyətin, nəhəng mədən ehtiyatından əldə edilən böyük kapitalların əyalətə yenidən investisiya edilmək əvəzinə başqa bölgələrə köçürülməsinə səbəb olduğunu deyib.

Monadi mədən və mis sənayesindən əldə edilən gəlirlərin Şərqi Azərbaycanda cəmlənməsini və Təbrizin istehsal və sənaye bölmələri üçün xüsusi obyektlərin ayrılmasını istəyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın yeraltı sərvətlərini müstəmləkəçi kimi talayır, həmin sərvətlərin sahibi olan əhaliyə isə ekoloji fəlakət gətirir.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …