İş adamları: “Daxili idarəçilik xarici sanksiyalardan daha təhlükəlidir”

GADTB: ILNA xəbər agentliyinin məlumatına görə, bir qrup iqtisadi fəal toplantıda vurğulayıb ki, son qanun və qaydalar, xüsusilə də yüklərin çatdırılması tələbi, idxal və istehsal prosesini ciddi şəkildə pozur. Onların fikrincə, bu vəziyyət xarici sanksiyalardan da sərt şərtlər yaradıb.

İş adamları bildiriblər ki, əsas maneələr Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Cihadı Nazirliyi və gömrük qurumlarının inzibati sərtliklərindən qaynaqlanır. İdxalçılar qeyd edib ki, sifarişlərin qeydiyyatı, valyutanın ayrılması və gömrük rəsmiləşdirilməsi aylarla uzanır, nəticədə mallar limanlarda yığılır, bazarda qıtlıq və qiymət artımı yaranır.

İstehsalçılar hesab edirlər ki, problem malların ölkəyə gətirilməsində deyil, onların daxildə idarə olunmasında başlayır və bu, istehsal prosesini pozaraq xərcləri artırır, sağlam rəqabəti aradan qaldırır. / Azad İran

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …