
GADTB: Cənubi Azərbaycanın Traxtur komandası Asiya Elitlər Liqasında iştirak etmək üçün yenidən dolayı marşrutla Omana getməli olacaq. Asiya Futbol Konfederasiyası (AFC) klubun ev oyunlarının keçirilmə yerinin dəyişdirilməsi ilə bağlı müraciətini rədd edib. Cavad Nekunamın yetirmələri şənbə günü, 30 aban tarixində Təbrizdən İstanbula, oradan isə Maskata uçacaqlar.
Tasnim xəbər agentliyinin məlumatına görə, Traxtur Omana birbaşa uçuşla bağlı problem yaşadığı üçün oyunlarının keçirilmə yerinin dəyişdirilməsini istəyib. Özbəkistan və Tacikistan bu oyunlara ev sahibliyi etməkdən imtina edib. AFC İraqın Ərbil şəhərinin ev sahibliyi təklifini də rədd edib. Buna səbəb hazırda İraqın bu yarışda iştirak edən üç komandaya ev sahibliyi etməsidir.
Traxtur bundan əvvəl də Qətərin Əş-Şimal komandası ilə qarşılaşmaq üçün yorucu səfər həyata keçirmişdi. Komanda üzvləri 18 mehr tarixində Təbrizdən Nəcəfə uçmuş, avtobusla Bağdada getmiş, oradan isə Maskata yollanmışdılar.
Traxturun BƏƏ-nin Əl-Vəsl komandası ilə beşinci tur çərçivəsindəki oyunu bazar ertəsi, 2 azər tarixində Sultan Qabus stadionunda keçiriləcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi