Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanda Türk dünyası ilə bağlı beynəlxalq simpozium keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.

Bu barədə AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Məlumata əsasən, simpozium sentyabrın 25-26-da AMEA-nın Folklor İnstitutunun, Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, simpozium Türk dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımdır və humanitar və ictimai elmlərin inkişafına öz töhfəsini verəcək.

AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev bildirib ki, tədbirdə dünyanın 10-dan artıq ölkəsindən, o cümlədən türk dövlətlərindən folklorşünaslıq, sənətşünaslıq, mədəniyyətşünaslıq, musiqişünaslıq sahələri üzrə alim və mütəxəssislər tərəfindən məruzələrin təqdim ediləcək.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …