Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı fəalının avtomobili və mobil telefonu müsadirə edib

GADTB: Binab şəhərindən olan azərbaycanlı milli fəal Səid Minai Polis İdarəsinə çağırılıb.

Azərbaycanlı milli fəalın şəxsi avtomobili və mobil telefonu Kave Soda fabrikinin çirkab suları haqqında məqalə dərc etdiyi üçün polis tərəfindən müsadirə olunub.

Bu hücum Minainin əvvəllər mülki fəaliyyətinə və tənqidi materialları dərc etdiyinə görə dəfələrlə hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən qanunsuz olaraq həbs edildiyi bir vaxtda baş verir.

Bu xəbərin dərc edildiyi vaxt Binab şəhərinin hüquq-mühafizə və məhkəmə orqanları bu hərəkətin səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Səid Minai Urmiya gölünün qurudulması və Azərbaycanın ətraf mühitinin çirkləndirilməsinə etiraz etdiyi üşün şərlənərək cəzalandırılıb.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …