Çərşənbə , Sentyabr 23 2026
azfa

“Traxtur”la “Şabab Əl-Əhli” komandalarının yarışı bərabər hesabla sona çatıb

GADTB: Güney Azərbaycanın “Traxtur” komandası Birləşmiş Ərəb Əmirliklərində “Əl-Əhli Dubay” klubu ilə yarışıb.

Sentyabrın 16-ı yerli vaxtla axşam saat 19:30-da “Əl-Rəşid” stadionunda təşkil olunan yarış 1:1 hesablı ilə sona çatıb.

Traxturun heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb.

Traxtur klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan “Traxtur” komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin “Əl-Vahda” klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …