Cümə , Oktyabr 16 2026
azfa

Bicarın Yaskəndində “Bizim Üzüm” festivalı keçirilib

GADTB: Sentyabrın 13-dən sentyabrın 18-dək Güney Azərbaycanın Bicar mahalının Yaskənd (Yasukənd) şəhərində “Bizim Üzüm” üzüm bayramı keçirilib.

Festival üzüm və onun məhsullarını tanıtmaq məqsədi ilə keçirilib və rayonun kənd təsərrüfatı imkanlarını tanıtmaq üçün təşkil edilib.

Festivalda müxtəlif üzüm məhsulları, o cümlədən kişmiş, qarağat, üzüm şirəsi, halva və dolma təklif olunur, yerli məhsulların satışı üçün müxtəlif piştaxtalar qurulub.

Bundan başqa tədbirdə aşıqların və muğan ifaçılarının iştirakı ilə Azərbaycan musiqiləri səsləndirilib.

Qeyd edək ki, ölkənin siyasi bölgüsündə Kürdüstan vilayətinə düşən Yaskənd Güney Azərbaycanda azərbaycanlı türklərin yaşadığı tarixi şəhərdir.

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …