Molla rejimi Ulduz Qasımi və Əmir Səttarini Urmiyada məhkəməyə çağırdı

GADTB: İrqçi fars-molla rejimi Azərbaycan Milli Hərəkatının fəalları Ulduz Qasımi və Əmir Səttari-Raufu özlərini onlara qarşı olan ittihamlardan müdafiə etmək üçün Urmiyada məhkəməyə çağırıb.

Göndərilən bildirişlərdə Ulduz Qasimi və Əmir Səttariyə qarşı irəli sürülən ittihamın “insanları daxili/xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək” olduğu qeyd edilib.

2025-ci ilin mart ayının əvvəllərində Urmiyada kürd terror qrupları tərəfindən təşkil edilmiş Azərbaycana qaeşı qərəzli toplantılara etiraz olaraq Urmiyada əhalinin təşkil etdiyi kütləvi mitinqdə iştirak edən Ulduz Qasımi və Əmir Səttari şəhərdən çıxarkən nəzarət-buraxılış məntəqəsində həbs edilmişdilər.

Qeyd edək ki, Qərbi Azərbaycanda əhalinin təşkil etdiyi Urmiya mitinqindən sonra Güney Azərbaycanda 22 fəal saxlanılmışdı.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …