Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanın Həmədan şəhərində Həşdi-Şəəbi Qüvvələrinə bağlı iraqlı öyrəncilərə qarşı etiraz aksiyası keçirilib- Video

GADTB: Həmədan Universitetinin qarşısına toplaşan insanlar Həşdi-Şəəbi qruplaşmasına bağlı iraqlı tələbələrə qarşı etiraz aksiyası keçiriblər.

Aksiyada iştirak edənlər “iraqlı tələbə qovulmalıdır” şüarı səsləndiriblər.

Molla rejimin ETTELAAT və hüquq-mühafizə qüvvələri piyada körpüsünü bağlayaraq Həşdi-Şəəbi Qüvvələrinə  bağlı iraqlı tələbələrə qarşı etiraz aksiyasının qarşısını almaq istəyib. Lakin Həmədan şəhər sakinləri nə yolla olursa olsun, aksiya yerinə yollanıblar.

Qeyd edək ki, Həmədanda Əbu Əli Sina Universitetinin qarşısında insanlar Həşdi-Şəəbi qruplaşmasına bağlı iraqlı tələbələrin ölkədən qovulmasını tələb ediblər. Təbrizdə də Azərbaycan Vəkillər Kollegiyası və azərbaycanlı öyrəncilər iraqlı tələbələrin Təbrizə axışına etiraz etmişdilər.

https://t.me/GADTB1/45503

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …