Bazar , Noyabr 29 2026
azfa

Azərbaycanlı fəallar Təbrizdə məktəblilərə türk kitabları payladılar

GADTB: Təbrizdə Azərbaycan milli hərəkatının fəalları rejimin təkdilli təhsil sisteminə etiraz olaraq məktəblərin birində qız şagirdlərə türk dilinə çap etdikləri kiablar paylayıblar.

Azərbaycanlı kitabların payladığı kitablar türk dili dərsləri və ana dilində uşaq nağıllarından ibarət olub. Kitablar paylanan zaman fəallar uşaqlara və onların ailələrinə ana dili haqlarının və ana dilində təsilin önəmindən, bunun uşağın mental inkişafındakı mühüm payından bəhs ediblər.

Qeyd edək ki, hər il təhsil iliniun başlanğıcında azərbaycanlı milli fəallar azərbaycanlı məktəblilərə türk dilində kitablar paylamaqla həm onların türkcəyi öyrənməyə çalışmasına səy göstərir, həm də irqçi fars-molla rejiminə bu yolla etirazlarını bildirirlər.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …